Cari ilin yanvar-fevral aylarında “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən 23 ölkəyə 8,5 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac olunub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilib ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib.
ASC-nin cari ilin ilk 2 ayında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, Birləşmiş Ərəb Əmirlikləri və Pakistan olub.