İki ayda qeyri-neft sektoruna aid ən çox məhsul Türkiyəyə ixrac edilib

2021.03.31 14:52 (UTC+04:00)

Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycandan qeyri-neft sektoruna aid ən çox məhsul Türkiyəyə ixrac olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilib ki, iki ayda Türkiyəyə 106,9 milyon, Rusiyaya 85,5 milyon, İsveçrəyə 35,2 milyon, Gürcüstana 28,3 milyon və ABŞ-a 13,2 milyon dollar dəyərində qeyri-neft sektoruna aid məhsul ixrac edilib.