İki ayda Azərbaycanın qeyri-neft ixracı 331,3 milyon dollar olub

2021.03.31 13:56 (UTC+04:00)

Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ixracı 2,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 331,3 milyon dollar təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında qeyd olunub ki, qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,6 milyon dollar və ya 11,3 faiz artıb.