KOBİA-nın rəhbəri canlı yayımda sahibkarların suallarını cavablandıracaq

2021.03.30 18:35 (UTC+04:00)

Aprelin 6-da saat 15:00-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov agentliyin rəsmi “Facebook” səhifəsi (https://www.facebook.com/smb.gov.az) üzərindən “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən mövcud dəstək tədbirləri və yeni dəstək mexanizmləri” mövzusunda KOB subyektlərinin suallarını cavablandıracaq.

KOBİA-dan bildirilib ki, KOB subyektləri mövzu ilə bağlı onları maraqlandıran suallarını agentliyin rəsmi “Facebook” səhifəsindəki müvafiq paylaşımın rəy bölməsinə aprelin 5-i saat 18:00-dək qeyd edə bilərlər.