Sahibkarlar lisenziya üçün “Xaçmaz KOB evi”nə də müraciət edə bilərlər

2021.03.30 16:00 (UTC+04:00)

Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektləri müxtəlif fəaliyyət sahələrinə İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziyalar üçün “Xaçmaz KOB evi"nə də müraciət edə bilərlər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, mart ayında "Xaçmaz KOB evi" vasitəsilə sahibkarlıq subyektinə bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı üçün lisenziya verilib. Həmçinin martda Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən bir sıra sahibkarlıq subyektlərindən müxtəlif fəaliyyət sahələrinə lisenziyaların verilməsi üçün “Xaçmaz KOB evi”nə müraciətlər daxil olub.

Qeyd edək ki, KOBİA-nın strukturu olan "Xaçmaz KOB evi"ndə 16 dövlət və özəl qurum tərəfindən sahibkarlıq subyektlərinə 200-dən çox dövlət-biznes (G2B) və zəruri biznes-biznes (B2B) xidmətləri göstərilir, o cümlədən İqtisadiyyat Nazirliyi tərəfindən lisenziyaların verilməsi həyata keçirilir.