Mərkəzi Bankın aylıq statistik hesabatına əsasən, bu ilin fevralında Azərbaycanda əhalinin istifadəsində olan plastik kartların sayı 9 milyon 579 min ədəd olub. Yanvar ayında isə həmin göstərici 9 milyon 413 min ədəd təşkil etmişdi.
Artım daha çox sosial kartların hesabına baş verib: yanvarda sayı 3 milyon 414 min ədəd olan sosial kartlar fevralda 35 min ədəd artaraq 3 milyon 449 minə çatıb.
Əməkhaqqı kartlarında isə 3 min ədəd artım qeydə alınıb və fevralda onların sayı 2 milyon 528 min olub.