Qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr

2021.03.29 11:42 (UTC+04:00)

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan qeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkələrin sırasında Türkiyə, Rusiya, İsveçrə, Gürcüstan və ABŞ qərarlaşıb.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, iki ayda Türkiyəyə 106,8 milyon ABŞ dolları, Rusiyaya 85,5 milyon dollar, İsveçrəyə 35,1 milyon dollar, Gürcüstana 28,3 milyon dollar, ABŞ-a isə 13,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.