Almaniyanın vergi gəlirləri fevral ayında 7,2 faiz azalıb

2021.03.29 13:35 (UTC+04:00)

Almaniyanın Maliyyə Nazirliyi ölkənin fevral ayına aid vergi gəlirlərinə aid göstəriciləri ictimaiyyətə açıqlayıb.

Açıqlamada yeni tip koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranan çətinliklər nəticəsində federal dövləti və 16 əyaləti əhatə edən vergi gəlirlərinin keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin fevral ayında 7,2 faiz azalaraq 54,67 milyard avroya düşdüyü bildirilir. Ay ərzində satışdan vergilərin ümumi məbləğində isə 19 faiz azalma olub.

Bu ilin yanvar-fevral aylarının vergi gəlirləri keçən ilin ilk iki ayı ilə müqayisədə 9,1 faiz azalaraq 101,1 milyard avroya enib. Nazirliyin açıqlamasında “COVID-19 böhranın iqtisadi təsirlərinin yük olmaqda davam etdiyi” vurğulanıb.