Hər il arzu edərdik, gələn Novruzu Qarabağda, Şuşada qeyd edək. Görün, nə qədər xoşbəxt insanlarıq, nə qədər xoşbəxt xalqıq - Allah bu səadəti bizə qismət etdi. Bundan sonra bütün bayramları bütöv Azərbaycan olaraq qeyd edəcəyik.
Bu qüruru, bu xoşbəxtliyi Azərbaycan xalqı qızıl məcməidə əldə etməyib: igid oğullarımızın qanı, canı, sağlamlığı bahasına qazanmışıq. Bu haqq dövlətimizə, xalqımıza ana südü qədər halaldır.
Bu qüruru bizə yaşadan hər bir Şəhidimizin ruhu qarşısında baş əyirik!
Ölümün gözünə dik baxıb, torpağı Vətən edən hər bir Azərbaycan zabiti, əsgərinə təşəkkür edirik!
Və ən nəhayət, bütün Azərbaycanı müsəlləh əsgərə, "dəmir yumruğa" çevirən, düşmənə olan illərin qəzəbini, nifrətini intiqam enerjisinə çevirən və vahid ünvana, bir nöqtəyə yönləndirməyi bacaran Ali Baş Komandanımız cənab İlham Əliyev, Sizə sonsuz minnətdarıq, bu misilsiz uğurunuz - uğurumuz üçün!
Bayramımız mübarək!
Anar ƏLİYEV,
Tarix üzrə fəlsəfə doktoru