ABŞ-da səyahətlərdən daxil olan vergi gəlirləri keçən il 57 milyard dollar azalıb

2021.03.19 18:12 (UTC+04:00)

ABŞ-da fəaliyyət göstərən Səyahət Təşkilatı ölkədəki turizm səyahətləri xərcləmələrinin 2020-ci ildə yeni tip koronavirus (COVID-19) pandemiyasının təsiri ilə əvvəlki illə müqayisədə 42 faiz azaldığını bildirib.

Təşkilatın hesabatına görə, ABŞ-da 2019-cu ildə məbləği 1,2 trilyon dollara çatan səyahət xərcləmələri keçən il 680,3 milyard dollara enib. Bu isə bir il ərzində səyahət xərcləmələrinin 492,3 milyard dollar və ya 42 faiz azalması deməkdir.

Səyahət xərcləmələrindəki azalma ölkə iqtisadiyyatında 1,1 trilyon dollar həcmində itkiyə səbəb olmuş, səyahət sektorunda birbaşa və dolayı yolla 5,6 milyon insan işini itirmişdir.

Ölkədə səyahətlərdən əldə edilən vergi gəlirləri 2020-ci ildə təxminən 57 milyard dollar itkiyə məruz qalmışdır.