İstehlakçılara 3,2 milyard manatlıq ərzaq, içki və tütün məmulatları satılıb

2021.03.19 17:29 (UTC+04:00)

Yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 6 milyard 27,9 milyon manatlıq, o cümlədən 3 milyard 205 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2 milyard 822,9 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,3 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 4,9 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 2 faiz artıb.