Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb

2021.03.19 15:06 (UTC+04:00)

Yanvar-fevral aylarında ölkədən 24,3 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, hesabat dövründə ixrac edilən qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 14,6 milyon ABŞ dollarından çox olub.

Xatırladaq ki, 2020-ci ilin iki ayında 8,2 milyon dollarlıq 11,5 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.