Pambıq lifi və ipliyinin ixracı artıb

2021.03.19 13:49 (UTC+04:00)

Yanvar-fevral aylarında ölkədən 26,4 min ton pambıq lifi və 2864 ton pambıq ipliyi ixrac edilib.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, ixrac edilən pambıq lifinin dəyəri 37,3 milyon, pambıq ipliyinin dəyəri isə 6,9 milyon ABŞ dolları olub.

Xatırladaq ki, keçən ilin yanvar-fevral aylarında 30,3 milyon dollarlıq 21,7 min ton pambıq lifi, 6,2 milyon dollarlıq 2735 ton pambıq ipliyi ixrac edilib.