Azərbaycandakı bütün ticarət kassaları gələn ilin sonunadək yeni nəsil kassalarla əvəzlənəcək

2021.03.19 12:00 (UTC+04:00)

Hazırda ticarət və ictimai iaşə obyektlərində 24 mindən çox yeni nəsil elektron kassa quraşdırılıb.

Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, 2022-ci ilin sonunadək ölkədə olan bütün kassaların yeni nəsil kassalarla əvəz edilməsi nəzərdə tutulub.