Fevralda dəmir yolu ilə 168,5 milyon dollarlıq yük daşınıb

2021.03.18 17:44 (UTC+04:00)

Fevralda dəmir yolu nəqliyyatı ilə ümumilikdə 405 min 892 ton yük daşınıb ki, bu yüklərin dəyəri 168,5 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, keçən ay dəmir yolu nəqliyyatı ilə ixrac olunan 192 min 397 ton yükün dəyəri 57,4 milyon dollar təşkil edib.

Ay ərzində bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 213 min 494 ton, dəyəri isə 111,1 milyon dollar olub.