Fevralda Azərbaycandan 35,5 min tondan çox hazır və ya klinker formasında sement məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında bildirilir ki, ay ərzində ixrac edilən sement məhsullarının dəyəri isə 1 milyon 172 min ABŞ dolları olub.
Xatırladaq ki, yanvarda Azərbaycandan 30 min tondan çox hazır və ya klinker formasında sement məhsulları ixrac olunmuş, həmin ixracın dəyəri isə 1,02 dollar təşkil etmişdi.