Bugünkü valyuta hərracında tələb 54,7 milyon dollar olub

2021.03.18 13:15 (UTC+04:00)

Martın 18-də Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Bankdan bildirilib ki, hərracda tələb 54,7 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.

Hərracda manatın ortaçəkili məzənnəsi isə 1,7000 səviyyəsində formalaşıb.