Bu ilin yanvar-fevral aylarında ölkədən 404 milyon 24 min kilovat/saat elektrik enerjisi ixrac edilib.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatlarına görə, ixrac edilən elektrik enerjisinin dəyəri 16 milyon 84 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin iki ayında Azərbaycandan 374,6 milyon kilovat/saat elektrik enerjisi ixrac olunmuş, həmin ixracın dəyəri isə 17,8 milyon dollar təşkil etmişdi.