Ümumi inşaat işlərinin 91 faizini qeyri-dövlət tikinti müəssisələri görüb

2021.03.18 12:15 (UTC+04:00)

Cari ilin yanvar-fevral aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 58,8 faizini tikinti, yenidənqurma və genişləndirmə, 8,4 faizini əsaslı təmir, 8 faizini cari təmir, 24,8 faizini isə digər tikinti işləri təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ümumi inşaat işlərinin 91 faizini qeyri-dövlət tikinti müəssisələri həyata keçirib.