Yanvar-fevral aylarında dəniz limanlarında 1 milyon 384 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, yüklərin 1 milyon 348,1 min tonunu və ya 97,4 faizini tranzit yüklər təşkil edib. Martın 1-nə limanlarda qalan yüklərin həcmi 39,2 min ton olub.
İki ayda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2020-ci ilin müvafiq dövrünə nisbətən 31,2 faiz azalaraq 2,2 min nəfər təşkil edib.