Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,53 dollar geriləyərək 67,47 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,47 dollar ucuzlaşaraq 64,13 dollar olub.