Dövlət Vergi Xidməti tərəfindən iqtisadi fəaliyyət növlərinin alt fəaliyyət növləri yaradılıb

2021.03.17 18:34 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iqtisadi fəaliyyət növlərinin iyerarxiyasına yeni “alt səviyyə” əlavə edilib.

Dövlət Vergi Xidmətindən bildirilib ki, “alt səviyyə” mövcud olan hər bir 5 rəqəmli fəaliyyət növünə 7 rəqəmli alt fəaliyyət növləri əlavə edilməklə yaradılıb.

Hazırda vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) uçota alınması zamanı yalnız 7 rəqəmli alt fəaliyyət növlərindən istifadə edilir.
7 rəqəmli alt fəaliyyət növlərinin siyahısı ilə aşağıdakı link vasitəsilə (İqtisadi fəaliyyət növlərinin təsnifatı) tanış olmaq olar:

https://www.taxes.gov.az/az/page/bir-pencere