Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

2021.03.17 17:59 (UTC+04:00)

Martın 17-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101389S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildirilib ki, hərrac zamanı 13 investor tərəfindən qiymət intervalı 99.5167 (6.24 faiz) və 99.5543 (5.76 faiz) olan 20 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 801,894,700 manat olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99.5543 (5.76 faiz), orta ölçülmüş qiyməti isə 99.5543 (5.76 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon manat təşkil edib.

Notların ödəmə tarixi aprelin 14-dür.