Xarici müəssisə və təşkilatlar əsas kapitala 660 milyon manat yönəldib

2021.03.17 16:52 (UTC+04:00)

Cari ilin yanvar-fevral aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 660 milyon manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 643,4 milyon manatı (97,5 faizi) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Norveç, Yaponiya, Malayziya, Rusiya, İran və Hindistan sərmayədarlarına məxsus olub.