Külək elektrik stansiyalarında 14,5 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub

2021.03.17 16:05 (UTC+04:00)

Yanvar-fevral aylarında Azərbaycandakı külək elektrik stansiyalarında (KES) 14,5 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.

Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,7 faiz azdır.

Cari ildə ölkədəki günəş elektrik stansiyalarında (GES) isə 5,3 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,8 faiz çox olub.