Cari ilin fevralında Azərbaycana idxal olunan avtomobillərin sayı 4795 ədəd, dəyəri isə 46 milyon 668 min ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, keçən ay ölkəyə gətirilən avtomobillərin 7-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 4381-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 398-i yük daşımaq üçün, 9-u isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.