Əsas kapitala yönəldilmiş vəsaitin 87,5 faizi sənaye və tikintiyə sərf olunub

2021.03.17 15:00 (UTC+04:00)

Yanvar-fevral aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 72,4 faizi sənaye, 15,1 faizi isə tikinti sahəsinə sərf olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, həmin vəsaitin 5,7 faizi peşə, elmi və texniki fəaliyyət, 2 faizi informasiya və rabitə, 1,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 0,5 faizi maliyyə və sığorta fəaliyyəti, 0,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,2 faizi təhsil, 0,1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.