Bu ilin yanvar-fevral aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 119,2 milyon manatlıq məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sözügedən müddət ərzində metallurgiya sənayesində 6,1 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 20,2 faiz azalma müşahidə olunub. Sahə üzrə 4 min 886,6 ton qara metallardan digər konstruksiyalar istehsal edilib.