İndiyədək sahibkarlara 34,3 milyon manat subsidiya ödənilib

2021.03.16 17:55 (UTC+04:00)

COVID-19-la mübarizədə dəstək mexanizmi olan sahibkarların mövcud 1 milyard manat kredit portfeli üzrə 100 milyon manat həcmində faiz subsidiyası verilir.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, indiyədək bu məbləğin 34,3 milyon manatı sahibkarlıq subyektlərinə ödənilib.