Qida məhsullarının istehsalı 2,5 faiz artıb

2021.03.16 17:03 (UTC+04:00)

Cari ilin yanvar-fevral aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 2,1 dəfə, qida məhsullarının istehsalında 2,5 faiz artım, içki istehsalında isə 18,6 faiz azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu sahələrin əsas məhsullarından kolbasa məmulatları 27,8 faiz, duru bitki yağları 16 faiz, kərə yağı istehsalı 1 faiz artıb, marqarin istehsalı 8,7 faiz, qənd və şəkər tozunun istehsalı isə 0,4 faiz azalıb.