Dövlət büdcəsinin icrasında 559,6 milyon manatlıq profisit yaranıb

2021.03.16 14:07 (UTC+04:00)

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2021-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 4 milyard 29,4 milyon manat, xərcləri 3 milyard 469,8 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, büdcənin icrasında 559,6 milyon manatlıq və ya ümumi daxili məhsulun 4,7 faizi qədər profisit yaranıb.