Yanvar-fevral aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 5 milyon 800,5 min ton neft nəql olunub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, nəqletmənin 76,5 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və iki ayda bu kəmərlə 4 milyon 437,2 min ton neft nəql edilib.
Cari ildə BTC ilə 393,1 min ton tranzit nefti də ötürülüb.