Yanvar-fevral aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 6 milyard 558,3 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 8,2 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, iki ayda qaz nəqlinin 45,6 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 2 milyard 992,8 milyon kubmetr təbii qaz ixrac edilib.