Cari ildə Azərbaycanda 5,1 milyard kubmetr əmtəəlik təbii qaz çıxarılıb

2021.03.16 13:50 (UTC+04:00)

Yanvar-fevral aylarında Azərbaycanda 5 milyon 828,3 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 6 milyard 836,8 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən 5 milyard 102,8 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.

Dövlət Statistika Komitəsindən Abildirilib ki, iki ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 4,5 milyard manat olmaqla əvvəlki ilin eyni aylarına nisbətən 5,7 faiz azalıb.

Ölkədə əmtəəlik neft istehsalı 4,9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 9,6 faiz artıb.