Azərbaycan MDB ölkələrinə məhsul ixracını artırıb

2021.03.16 13:20 (UTC+04:00)

Yanvar-fevral aylarında Azərbaycandan MDB ölkələrinə 256 milyon 343 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu göstərici 2020-ci ilin müvafiq dövrünə nisbətən 63 milyon 247 min dollar çoxdur.

Cari ilin iki ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 339 milyon 121 min dollar olub.