2020-ci il ərzində Banklararası Kart Mərkəzi (BKM) üzərindən 53,2 milyon kart əməliyyatı aparılıb.
Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, milli valyutada əməliyyatların dəyəri 2,8 milyard manat, xarici valyutada isə 14,6 milyon ABŞ dolları və 3,1 milyon avro təşkil edib. 2019-cu illə müqayisədə sistemdə emal olunan əməliyyatların ümumi sayı 2,4 dəfə, həcmi isə manat üzrə 2 dəfə, ABŞ dolları üzrə 42 faiz, avro üzrə 4 faiz artıb.