İşğaldan azad edilmiş 9 rayonda daşınmaz əmlakın ilkin inventarlaşdırma işləri yekunlaşıb

2021.03.15 16:36 (UTC+04:00)

İşğaldan azad edilmiş 9 rayon üzrə 124 yaşayış məntəqəsində daşınmaz əmlakın ilkin inventarlaşdırma işləri yekunlaşıb, 11 yaşayış məntəqəsi üzrə işlər davam etdirilir.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, digər yaşayış məntəqələrinə təhlükəsiz giriş imkanları yarandıqca, inventarlaşdırma aparılacaq.