İki ayda ərzaq, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi 104,9 faiz olub

2021.03.15 12:28 (UTC+04:00)

Cari ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin eyni dövrünə nisbətən 103,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,9 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,3 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin fevralında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 faiz, 2020-ci ilin fevral ayına nisbətən isə 104,2 faiz olub.