Mart ayının 17-dən qüvvəyə minən qanun Rusiya Federasiyasının vergi orqanlarının bank məlumatlarını əldə etmək imkanlarını genişləndirir.
2021-ci ilin fevral ayında prezident Vladimir Putin tərəfindən imzalanmış yeni qanun kredit təşkilatları üzərinə öhdəlik qoyur ki, müvafiq müraciətdən sonra üç gün ərzində müştərilərin pasportlarının, hesabdakı vəsaitlər üzərində səlahiyyətlərin verilməsi ilə bağlı etibarnamələrin, hesabın açılması üçün ərizələrin və müqavilələrin, eləcə də imza nümunələri kartlarının surətlərini Federal Vergi Xidmətinə təqdim etsinlər.
Bununla yanaşı, yeni qanunun tələblərinə əsasən, banklar da benefisiar sahibkarlar, faydalananlar və müştərinin nümayəndələri barədə məlumatları müvafiq prosedurlar çərçivəsində vergi orqanlarına təqdim etməlidirlər.