Kiçik və orta biznes subyektləri listinqlə bağlı yeniliklər barədə məlumatlandırılacaq

2021.03.12 16:54 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Bakı Fond Birjasının (BFB) birgə təşkilatçılığı ilə kiçik və orta biznes (KOB) subyektləri üçün “Listinqlə bağlı yeniliklər və fond birjasında listinqin üstünlükləri” mövzusunda videokonfrans təşkil olunacaq.

BFB-dən bildirilib ki, tədbirin təşkilində məqsəd sahibkarlara kapital bazarından maliyyələşmənin və fond birjasında listinqin üstünlükləri barədə məlumatın verilməsi, KOB-ların fond birjası vasitəsilə qiymətli kağız buraxılışının təşviq edilməsi, o cümlədən listinqlə bağlı yeniliklərin biznes ictimaiyyətinə çatdırılmasıdır. Videokonfransda Mərkəzi Bankın, Bakı Fond Birjasının və investisiya şirkətlərinin ekspertləri tərəfindən kapital bazarı haqqında ümumi məlumat veriləcək, eyni zamanda, kapital bazarından maliyyə cəlb edilməsinin üsulları, 2020-ci ildə listinqin stimullaşdırılması üçün həyata keçirilmiş tədbirlər, listinqə müraciət edən şirkətlər üçün nəzərdə tutulan güzəştlər, Listinq Məsləhət Proqramı çərçivəsində emitentlər üçün təqdim olunan xidmətlər haqqında təqdimat formatında məlumat veriləcək.
Qeyd edək ki, BFB kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin və fond birjasında listinqin təşviq edilməsi istiqamətində davamlı olaraq maarifləndirici tədbirlər təşkil edir. Martın 30-da saat 15:00-da keçiriləcək videokonfransa aşağıdakı link vasitəsilə qoşulmaq mümkün olacaq:

https://zoom.us/j/91086148822?pwd=MTlVWUJRVExHbDdTaUpvTUFnUVVuQT09

Meeting ID: 910 8614 8822
Passcode: 757090

Videokonfransla bağlı sualları olanlar “info@bse.az” elektron poçt ünvanı və ya (012) 498 98 20 nömrəsi ilə əlaqə saxlaya bilərlər.