Ötən il “ASAN ödəniş” sistemi vasitəsilə 1,4 milyon ödəniş həyata keçirilib

2021.03.12 16:00 (UTC+04:00)

Ötən il “ASAN Login” sistemindən istifadə sayı 14 milyon 105 min 889 olub. İstifadəçi sayı isə 1 milyon 192 min 182 nəfərə çatıb. Sistemdən ümumi istifadə sayı 16 milyon 214 min 815, ümumi istifadəçi sayı isə 1 milyon 741 min 655-dir.

Bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

F.Cəfərov, həmçinin bildirib: “Ötən il elektron hökumət portalının - eGov.az-ın xidmətlərindən istifadə sayı 38 milyon, istifadəçi sayı isə 1 milyon 270 min olub”.

“ASAN ödəniş” sistemi haqqında məlumat verən mərkəzin direktoru bildirib ki, ötən il sistem vasitəsilə 1,4 milyon ödəniş həyata keçirilib.