Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) şirkətlərə fərdi yanaşma prinsipi ilə xidmət göstərilməsini davam etdirir.
Fonddan bildirilib ki, AZPROMO-nun əməkdaşları “Azərsun” şirkətlər qrupuna aid bir sıra müəssisələrdə istehsal prosesi ilə tanış olub, məhsul ixracına dəstək göstərilməsi ilə bağlı müzakirələr aparıblar.
Görüşlərdə sahibkarlara AZPROMO tərəfindən fərdi yanaşma prinsipi ilə göstəriləcək dəstək tədbirləri barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.