"ASAN xidmət" mərkəzlərində vətəndaşlara 11 dövlət qurumu tərəfindən 308 növ xidmət göstərilir

2021.03.12 13:37 (UTC+04:00)

"ASAN xidmət" mərkəzlərində vətəndaşlara 11 dövlət qurumu tərəfindən 308 növ xidmət göstərilir.

Bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov deyib.

Onun sözlərinə görə, mərkəzlərə müraciət sayı 42 milyondan çoxdur. Mərkəzin xidmətlərindən yararlanan unikal vətəndaşların sayı 7.3 milyonu keçib.