BƏƏ dünyanın ən böyük 10 “vergi cənnəti” siyahısına daxil edilib

2021.03.13 14:22 (UTC+04:00)

Vergi rəqabəti sahəsində araşdırmalar aparan beynəlxalq Vergi Ədaləti Şəbəkəsinin (Tax Justice Network - TJN) son hesabatına görə, axır vaxtlar xüsusi olaraq ABŞ və Cənubi Afrikadan olan iri şirkətlər öz vəsaitlərini Hollandiyadan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) köçürüb ki, ümumilikdə 218 milyard dollara çatan bu məbləğ BƏƏ-nin ümumi daxili məhsulunun yarısından çoxunu təşkil edir. Hesabatda BƏƏ ilk dəfə dünyanın ən böyük 10 “vergi cənnəti” siyahısına salınıb.

TJN eksperti Mark Bou Mansur bildirib ki, hesabat dünyadakı ofşor maliyyə mərkəzləri arasında BƏƏ-nin rolunun getdikcə artdığını göstərir.

TJN hesabatında qlobal səviyyədə vergisiz mərkəzlərə köçürülən qaynaqların üçdə ikisindən çoxunun İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) əhatə etdiyi ölkələrə aid olduğu vurğulanıb.