Bakı-Tbilisi-Qars dəmir yolu xətti çəkildikdən sonra Pekinin orta dəhlizindən Londona fasiləsiz nəqliyyat şəbəkəsi təmin edilib. Çin, Rusiya və Avropaya gedən qatarlarımız durmadan fəaliyyət göstərir. Burada həm Bakı-Tbilisi-Qars xətti, həm də Marmaray çox vacib bir funksiyaya xidmət edir.
Bu fikirləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu ölkənin Kırıkkale vilayətinin Balışeyh rayonunda sürətli qatar tikinti müəssisəsinə baxış keçirərkən deyib.
Yaxın günlərdə Ankara-Sivas sürətli qatar xəttinin istifadəyə veriləcəyini deyən nazir bu istiqamətdə son sənaqların aparıldığını qeyd edib. Bildirib ki, pandemiya dövründə ilk üç ay istər quru, istəsə də hava nəqliyyatında tamamilə durğunluq yaşanıb.
Sonradan normallaşma qaydaları ilə nəqliyyat sisteminin işə salınmasına baxmayaraq, sərnişin sayı yetərli qədər deyil.