Tacikistanda “Facebook” vergi ödəyicisi kimi qeydə alınıb

2021.03.12 14:03 (UTC+04:00)

“Facebook” şirkəti Tacikistan Respublikasında elektron xidmətlər göstərən xarici şirkət kimi rəsmi vergi qeydiyyatına alınıb. ТАСС agentliyinin respublika hökuməti yanında Vergi Komitəsinin mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, dünyada populyar olan şirkət martın 2-dən Tacikistanda rəsmi vergi ödəyicisidir.

Qeyd edək ki, Tacikistan Respublikasının vergi qanunvericiliyində bu il yanvar ayının 16-da qüvvəyə minmiş dəyişikliyə əsasən, ölkə ərazisində elektron xidmət göstərən xarici şəxslər və şirkətlər 18 faiz dərəcəsi ilə əlavə dəyər vergisi ödəməlidirlər.

Vergilər Komitəsinin məlumatında “Novatech IT ltd”, “Xsolla Inc”, eləcə də “ Doodle Inc” kimi transmilli şirkətlərin də ölkədə rəsmi vergi qeydiyyatına alındıqları bildirilir.