Yanvar-fevral aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin 678,4 milyon manatını və ya 50,7 faizini daxili vəsaitlər təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 143,1 milyon manatı və ya 85,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 74 faiz, bank kreditləri 9,7 faiz, əhalinin şəxsi vəsaitləri 9,1 faiz, digər vəsaitlər 3,8 faiz, büdcə vəsaitləri isə 3,4 faiz təşkil edib.