İki ayda əsas kapitala 1,3 milyard manat vəsait yönəldilib

2021.03.10 16:21 (UTC+04:00)

Cari ilin yanvar-fevral aylarında əsas kapitala 1 milyard 338,4 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 32 faiz az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 13,5 faiz, qeyri -neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 49 faiz azalıb.

İstifadə olunmuş vəsaitin 1 milyard 71,2 milyon manatı və ya 80 faizi məhsul istehsalı sahələrinə, 146,8 milyon manatı (11 faizi) xidmət sahələrinə, 120,4 milyon manatı (9 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.