Azərbaycanla Macarıstanın ticarət dövriyyəsi 9 faiz artıb

2021.03.10 15:39 (UTC+04:00)

Azərbaycanla Macarıstan arasında siyasi və iqtisadi əlaqələr inkişaf edir.

Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev martın 10-da Bakıda keçirilən Azərbaycan-Macarıstan biznes forumunda deyib.

Ötən il Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsinin 9 faiz artdığını qeyd edən nazirin sözlərinə görə, Azərbaycan Macarıstan şirkətlərinin işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərməsinə qucaq açıb.

"Macarıstandan Azərbaycana müxtəlif məhsullar idxal olunur. Buna görə də birgə istehsalın da olması gündəlikdədir”, - deyə S.Babayev əlavə edib.

Nazir S.Babayev Azərbaycan iş adamlarının Macarıstana investisiya qoyması üçün çağırış edib.