Sahibkarlar üçün vebinar keçiriləcək

2021.03.10 13:34 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) sahibkarların fond tərəfindən təqdim edilən xidmət və məhsullar, kredit və maliyyələşmə mexanizmləri barədə məlumatlandırılması məqsədilə vebinar keçirəcək.

Fonddan bildirilib ki, vebinarda sahibkarlıq subyektləri üçün nəzərdə tutulan güzəştli kreditlər, dövlət zəmanətli kredit və subsidiya dəstəyi mexanizmi, mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması, həmçinin Elektron Kredit Platforması (“e-edf.gov.az”) barədə ətraflı məlumat veriləcək.

Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Samir Hümbətov vebinar zamanı sahibkarları maraqlandıran suallara cavab verəcək. Vebinarın “Zoom” platfoması üzərindən həyata keçirilməsi nəzərdə tutulur.

Martın 13-də saat 11:00-da keçiriləcək tədbirdə iştirak etmək istəyən şəxslər müvafiq link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://www.smartsurvey.co.uk/s/ZPLHH